VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin “Rezonans” proqramında bu dəfə İmişli rayonunun Əlipənahlı kəndində anadan olan Həsənov Namiq Arzuman oğlu öz həyat hekayəsini danışıb.

Həsənov Namiq Arzuman oğlu - Məhkum (Cəzası 7 il (Ümumi 11 il)):

“Atam, anam qocalıb. Onlar məndən soruşdu ki, kiminlə ailə qura bilərsən? Mən də anama dedim ki, qardaşın qızı ilə ailə qura bilərəm. Qız da razı idi. Mən də götürüb qaçdım, dayımın həyat yoldaşı məni tutdurdu. Məni 4 il azadlıqdan məhrum etdilər. Baxmayaraq ki, hər iki tərəf bu izdivaca razı idi. Lakin son anda dayım qızı fikrindən daşındı və dedi ki, məni zorla qaçırıb. Ona görə həbs olundum.

Həbsdən çıxandan sonra barışdıq, dayımın yoldaşı dedi ki, qız sənindir. Sənə görə qızı heç kimə verməmişəm. Dedi ki, ev-eşik düzəlt, qızı götür apar. Gözüm dayım qızını tutmuşdu, ona görə də getdim Rusiyaya ki, özümə şərait qurum, pul qazanım. Əti də, qanı da özümüzünküdü deyə gözüm ondan başqasını görmədi. Orada rus qızları da var idi, azərbaycanlı qızlar da var idi.

Rusiyadan pulla gəldim, özümə ev-şərait qurdum. Gələndə qızıl saat, sep, telefon da gətirmişdim. Qız özü məni məcbur elədi ki, anam yoxdu, gəl qaçaq. Mən də qaçırtdım. Sonra gəldim şöbəyə, dayımın arvadı dedi ki, mənə deməmiş niyə qızı qaçırtmısan? Məni yenə həbs elədilər, bu dəfə 7 il. Sonra peşman oldum ki, gərək ağsaqqal, ağbirçəklə elçi gedərdik, el adəti ilə toy edərdik.

Amma indi peşman deyiləm, çünki dayım qızı demişdi ki, mənlikdir, gəl qaçaq. Mən də onun dediyi kimi etdim, peşman deyiləm. İndi də məktublaşırıq, o günü yanıma da gəlmişdi. Özünə də dedim ki, yalnız mən öləndən sonra sən başqası ilə ailə qura bilərsən. Nə qədər ki, mən sağam, mən həbsdən çıxandan sonra sən mənim ailəmsən.

Həbsdən çıxandan sonra el adəti ilə o qızı alacam. Ağsaqqal göndərəcəm ki, nə edirlər etsinlər, o qızı mənə alsınlar. Düzdür, onlar da əsəbiləşiblər, bizimkilər də əsəbiləşiblər. Hətta onlar barışmaq istədilər, mənim ailəm barışmadı onlarla ki, oğlumuzu 7 il həbs elətdirmisiniz.

Mən özümü geridəqalmış bir insan kimi hiss edirəm. Çünki mənim də ailəm olmalıdır, mən də hamı kimi yaşamalıyam, mənim də uşaqlarım olmalıdır. Buradakı məhbusların yanına ailələri, uşaqları gələndə mən onlara baxıb alçalıram.

Həbsxanadan çıxandan sonra dayım qızını mənə el adəti ilə verməsələr, daha edəcək heç nə yoxdur. Ancaq onunla o dünyada görüşəcəyik”.

BAKU.WS
VİDEO