SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəmir rayonunda sərtləşdirilmiş karantin rejimi başlayandan bəri istər rayon mərkəzindən, istərsə də kəndlərdən xəstəxanaya müraciətlərin sayında kəskin artım müşahidə olunur.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından məlumat daxil olub.

Bildirilib ki, son iki gündə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yüzdən çox müraciət daxil olub.

Şöbə müdiri Babək Tahirov deyib ki, müraciət edənlərin böyük əksəriyyəti hərarəti olan, ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdir.

Qeyd edək ki, Kürdəmir rayonunda sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar 6 həkim briqadası yaradılıb və kənd tibb məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Sərt karantin rejimi iyunun 16-sı saat 06:00-da başa çatacaq.

BAKU.WS