SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sanitar gigiyena və karantin rejiminin pozulmasına görə şəxslər inzibati məsuliyyətə, əgər həmin şəxsin digərlərinə infeksiyanın yoluxdurmasına səbəb olan hərəkətlərə yol verdiyinə görə isə həmin şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

O əlavə edib ki, şəxslərin polis bölməsinə aparılması üçün müxtəlif hallar var: "Onlardan biri də məhz karantin rejimi tətbiq edilərkən polisin qanuni tələblərinə riayət etməyən, müqavimət göstərən şəxslər yaxınlıqdakı polis bölmələrinə aparıla bilər".

BAKU.WS