SİZİN REKLAM BURADA!
055 213 76 73


Qurduqları xəyallar tamam başqa olan 11-ciləri belə görmək çox təsirli idi. Ancaq 11 il dərs deyib, bu gün isə övladları qədər əziz olan şagirdlərinə sarıla bilməyən müəllimlərin vəziyyəti daha üzücü idi.

BAKU.WS BAKU.TV-yə istinadla xəbər verir ki, söhbət bu gün Azərbaycanda ilk dəfə keçirilən onlayn son zəng tədbirindən gedir. Məhdud sayda müəllim və 11-cilər məktəbdə toplaşdılar. Digərləri isə son zəng tədbirinə onlayn qoşulublar. İlk dəfə qarşılaşdığımız mənzərə maraqlı görüntülərlə yadda qaldı.

“Biz fərqlənmək, yadda qalmaq istəyirdik, amma bu cür hadisə ilə yox”, - deyən məzunlar, əgər əvvəllər gələcək təhsil həyatları ilə bağlı arzularını bildirirdilərsə, bu il artıq arzular da dəyişib. “Təki heç bir məzun məktəblə bu cür sağollaşmasın” deyirlər

Bəli, bu il, yəqin, nəinki onların, yaxşı və pis hadisələri ilə hər kəsin yaddaşına yazılacaq. Ancaq, əziz şagirdlər, məzun gününü möhtəşəm keçirmək hər şeyin yaxşı olacağı demək deyil. Əsas odur, gələcək günləriniz, həm də günlərimiz gözəl olsun.

BAKU.WS
VİDEO