SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 1172 Rusiya vətəndaşı Azərbaycandan təxliyə olunub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bugünkü mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, Azərbaycanda öz vətənlərinə qayıtmaq istəyən kifayət qədər Rusiya vətəndaşı var.

O bildirib ki, bununla bağlı səfirliyə 4 mindən çox müraciət daxil olub.

M.Boçarnikov qeyd edib ki, bu istiqamətdə işlər davam edir: “Mövcud şərtlər çərçivəsində mümkün olan hər şey edilir. Artıq karantin rejiminin yumşaldılması istiqamətində addımlar atılır. Bu mərhələni nə qədər tez keçsək, lazımi tədbirləri görmək bir o qədər asan olacaq”.

Səfir vurğulayıb ki, Rusiya Azərbaycana COVID-19-un laboratoriya diaqnostikası üçün 12 min araşdırma üçün nəzərdə tutulmuş 120 test sistemi göndərib.

BAKU.WS