VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Həftəsonu tətbiq olunan küçəyə çıxma qadağası arzuolunan istiqamətdə getdi”.

BAKU.WS xəbər verir ki, TƏBİB-in İdarə Heyətini sədri Ramin Bayramlı bu fikri Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib.

Bildirib ki, vətəndaşların göstərdiyi bu həmrəylik gələcəkdə xəstəliyə yoluxanların sayının azalmasına təsir edəcək.

Məlumat üçün bildirək ki, COVİD-19 virusunun ölkə ərazisində yayıldığı vaxtdan bu günədək ilk dəfə idi ki, ölkəmizdə tamamilə küçəyə çıxma qadağası tətbiq olunurdu. Daha dəqiq desək, müəyyən olunan klastrlar üzrə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin hərəkəti tam məhdudlaşdırıldı. Səbəb isə bir idi: vətəndaşların karantin rejiminin tələblərinə riayət etməməsi və nəticədə koronavirus infeksiyasına yoluxanların sayının artması.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, bu dəfə sərt karantin rejimi tətbiq olunan yerlərdə əhali qaydalara əməl edib. Vətəndaşların belə çətin anda davranışı, həmrəylik göstərməsi ümumilikdə tibb işçilərinin üzərinə düşən yükü azaltmaqla yanaşı, həm də xəstəliyə yoluxanların sayının azalmasına təsir edəcək.

Təcili yardım xidmətinə müraciətlərin sayının artması nəticəsində az da olsa, gecikmələr müşahidə olunub.

Ramin Bayramlı həmçinin vətəndaşları özlərinin və yaxınlarının sağlamlıqlarına biganə yanaşmamağa çağırıb. Bildirib ki, elan olunan bütün ictimai və qapalı yerlərdə maskadan istifadə, iş yerlərində sosial məsafəni qoruma, şəxsi gigiyenaya diqqət edilməsi vacibdir. Əgər bunlara əməl olunsa, çox qısa müddətdə normallaşma prosesi mümkündür. Bu yaxınlarda isə daha bir neçə modul tipli xəstəxana istifadəyə veriləcək.

BAKU.WS
VİDEO