SİZİN REKLAM BURADA!
055 213 76 73


“Sağalanlarla müqayisədə yoluxanların sayı narahatedicidir”.

BAKU.WS-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlının fikrincə, son 10 gündə aparılan müşahidə göstərir ki, yoluxanlarla sağalanlar arasında dinamika arzuolunan deyil: “Yoluxanların sayına paralel ağır halların, ölümlərin sayı da artıb. 18-25 mayda 848 yoluxma, 592 sağalan, 10 nəfər vəfat edən olub. 25-31 mayda 1372 yoluxma, 821 nəfər sağalan, 14 nəfər vəfat edən olub. 1 -7 iyunda 2059 nəfər yoluxub, 721 nəfər sağalıb, 25 nəfər vəfat edib”.

BAKU.WS