SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Beynəlxalq Avtovağzal Kompleksində yeni təyinat olub.

BAKU.WS xəbər verir ki, Səmral Təhməzov kompleksin baş direktorunun müavini təyin olunub.

Bu barədə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov sosial şəbəkədə yazıb.

Qeyd edək ki, S.Təhməzov Xalq artisti Afaq Bəşirqızının oğludur. O, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

S.Təhməzov bundan əvvəl avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirən "M.Trans" MMC-yə rəhbərlik edib.

Aysel
BAKU.WS