SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Baş prokuror Zakir Qaralov hüquq müdafiəçisi İntiqam Əliyevə verilən cəzanı ağır hesab edərək Ali Məhkəməyə müraciət edib. 

BAKU.WS məlumat verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, Baş prokuror İntiqam Əliyev barəsində seçilən cəzanın ağır olmasına dair əlavə kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib:
 
"Martın 28-i saat 12-ə plenum təyin olunub. İntiqam Əliyev həmin gün azadlığa buraxıla bilər".

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilib. İntiqam Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
BAKU.WS