VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin yumşaldılmasının növbəti mərhələsi başlayıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, iyunun 8-dən etibarən ölkədə restoran və kafelərin, hotellərin və valyutadəyişmə məntəqələrinin işi bərpa olunur.

Bundan başqa, iyunun 15-dən ölkədaxili turizm, dəmir yolu ilə sərnişin daşımaları bərpa olunacaq. Beynəlxalq turizmin isə iyulun 1-dən açılması gözlənilir.

Gürcüstan Səhiyyə Nazirliyi ictimai iaşə müəssisələrinə və hotellərə müəyyən tövsiyələr verib.

Kafe və restoranlarda maska taxmaq və iki metr məsafə saxlamaq zəruridir. Stol arxasında ən çox 6 nəfər otura bilər.

Hotellərə gəldikdə isə, yalnız Səhiyyə Nazirliyinin yoxlamasından keçən hotellər fəaliyyətini bərpa edəcək.

Qeyd edək ki, ötən gün Gürcüstanda 1 nəfərin koronavirusa yoluxması qeydə alınıb. Bu günədək ölkədə 810 nəfər yoluxub, 13 nəfər ölüb.

BAKU.WS