SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəzər TV-nin "Evdəkilərə salam" verilişinin növbəti çəkilişi tanınmış prodüser Tolikin (Əliyev Tarıx) evində olub.

BAKU.WS xəbər verir ki, çəkiliş prodüserin doğum gününə təsadüf edib.

Tolikin klassik dizaynda düzənlənmiş ikiotaqlı mənzili zövqlü düzəni, səliqə-səhmanı ilə göz oxşayıb. 

Çəkilişdə Tolikin atası, analığı, bibisi, dostları Xatirə İslam, Elton Hüseynəliyev ailəsilə birlikdə iştirak edib. 

"Artıq 41 yaşım var. İstəyirəm ki, bu yaşımdan sonra evlənəcəmsə, ölənədək davam etsin. Qız övladı istəyirəm. Qızım olsa, adını Ruhi qoyacam. Qismət olsa, bu il nişanlanacam".

Tolik hətta övladlığa uşaq götürmək istədiyini də etiraf etdi:

"Uşaq evinə getmişdim. 22 uşağın içində biri vardı, o qədər adamın içində ancaq mənim qucağıma gəldi. Atama zəng vurub dedim ki, uşaq götürmək istəyirəm, saxlaya bilərik? Ailə quracam, öz uşağım da olar, amma o uşağı çox sevdim və övladlığa götürmək istədim".

Tolikin bu sözləri atasının göz yaşlarına səbəb olub.   

Aysel
BAKU.WS
VİDEO