VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə koronavirus pandemiyasının artımını nəzərə alaraq karantin rejiminin yenidən sərtləşdirilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, iyunun 6-sı gecəyarıdan 8 iyun saat 06:00-a qədər vətəndaşların küçəyə çıxması qadağan edilib. Bununla yanaşı, bütün ictimai iaşə məkanlarının, market və apteklərin, eyni zamanda, ictimai nəqliyyatın da fəaliyyəti dayandırılıb.

Baku TV-nin əməkdaşları gecə saatlarında paytaxtın müxtəlif küçələrində müşahidələr aparıb. Günün pik saatlarında avtomobillərin sıx hərəkət etdiyi küçələr boş qalıb. Ətrafda yalnız xidmət aparan polis əməkdaşlarını görmək, arabir əsən küləyin səsini eşitmək olur. Halbuki, çəkiliş apardığımız ərazilərdə adi günlərdə avtomobillərlə yanaşı, insan tıxacı da yaşanırdı.

Yerli və xarici turistlərin ən çox getdiyi küçələrdən biri olan Nizami küçəsi belə demək mümkünsə, kimsəsizliyin səssizliyində boğulurdu.

Qeyd edək ki, sərtləşdirilmiş karantin günlərində yalnız fəaliyyətinə icazə verilən bir sıra idarələr icaze.e-gov.az portalında qeydiyyatdan keçərək məhdud sayda işçi ilə fəaliyyət göstərə bilər.

BAKU.WS
VİDEO