SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın Belçikadakı səfirliyinin və NATO yanındakı diplomatik nümayəndəliyinin əməkdaşları Brüsseldəki partlayışlarda xəsarət almayıblar.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə səfirlikdən deyiblər.

Diplomatik missiyalar bu ölkədə yaşayan və müvəqqəti qalan əməkdaşlarına və həmvətənlərimizə küçəyə çıxmamağı və insanların kütləvi toplaşdığı yerlərə getməməyi tövsiyə edir.

Qeyd edək ki, bu gün Brüssel aeroportunda baş vermiş partlayışlar nəticəsində 17 nəfər ölüb, 25 nəfər yaralanıb. Hadisədən sonra bütün reyslər ləğv edilib.
 
BAKU.WS