SİZİN REKLAM BURADA!
055 213 76 73


UFC-nin tanınmış siması olan irland döyüşçüsü Konor Makqreqor ölü arıları yeməsini nümayiş etdirib.

BAKU.WS xəbər verir ki, bu barədə o, İnstaqram hesabında paylaşım edib.

Görüntülərdə irland döyüşçünün şüşə qabdan arı götürərək yeməsi öz əksini tapıb. Makqreqorun fanatları onun bu addımını birmənalı qarşılamayıb. Bəziləri onun bu hərəkətini vəhşilik, bəziləri isə özündən razılıq kimi qiymətləndirib.

Qeyd edək ki, Makqreqor iki çəki dərəcəsində UFC çempionu adını qazanıb. Ümumilikdə qaydasız döyüş karyerası ərzində 26 döyüş keçirib, onlardan 22-də qələbə qazanıb, 4-ü məğlubiyyətlə başa çatıb.

BAKU.WS
VİDEO