SİZİN REKLAM BURADA!
055 213 76 73


REAL TV koronavirus xəstələrinin müalicə edildiyi xəstəxanada olub.

Boş qalmış koridorlar, kombinezon geyimli görünməyən qəhrəmanlar və süni nəfəs aparatında ölümlə yaşam arasında mübarizə aparan insanlar.

Bəli, bunlar bu günümüzün acı reallığını özündə əks etdirən koronavirus pandemiyasının yaratdığı mənzərədir. O mənzərə ki, hər gün ölüm dəhşət saçır.

Tibbi personal durmadan çalışır. COVID-19-a yoluxanları bu bəladan xilas etmək üçün maksimum mübarizə aparırlar.

Koronavirusun yaratdığı mənzərə bizə onun nə qədər təhlükəli olduğundan xəbər verir.

Odur ki, virusa yoluxmamaq üçün və reanimasiyada uzanıb ağ kombinezonlu həkimlərə baxmaq istəmiriksə, ən azından qoyulan tələblərə əməl edib sosial məsafə saxlayaq, tibbi tənziflərdən istifadə edək.

Bunları etmək reanimasiyada süni nəfəs aparatında ölümlə yaşam arasında mübarizə aparmaqdan daha asandır.

BAKU.WS
VİDEO