SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə fəaliyyət göstərən "OBA" Marketlər Şəbəkəsindən toyuq əti alan jurnalist şok mənzərə ilə qarşılaşıb.

BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, "Kəpəz" Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Azad Rəfinin adıçəkilən marketlərin filiallarının birindən aldığı toyuq ətindən qurdlar çıxıb.

Jurnalist gördüklərini fotoya çəkib və öz facebook səhifəsində paylaşıb.

Həmçinin marketin alış-veriş çekini də sübut olaraq göstərib.

Azad Rəfi bununla əlaqədar aidiyyətli qurumları ayıq olmağa və bu cür xoşa gəlməz halların qarşısını almağa çağırıb.

BAKU.WS
QALEREYA