SİZİN REKLAM BURADA!
055 213 76 73


Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 100 mini ötüb.

BAKU.WS xəbər verir ki, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Son məlumatlara görə, COVID-19-dan ölüm hallarının sayı 102 107 nəfər təşkil edir.

Bütün pandemiya ərzində ABŞ-da koronavirusa ümumi yoluxma sayı 1,7 milyonu ötüb.

COVID-19 virusuna ən çox yoluxma ABŞ-dan sonra Braziliyada (414,661), Rusiyada (370,680) və İspaniyada (283,849) qeydə alınıb.

BAKU.WS