SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu il Azərbaycanda Məhərrəm ayı Miladi təqvimlə avqustda başlayacaq.

BAKU.WS xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Vüsal Cahangiri “lent.az”a bildirib ki, bu il ölkəmizdə Məhərrəm ayının 1-i Miladi təqvimlə avqustun 21-nə təsadüf edir.

Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq.

Məhərrəm ayından sonra gələn Səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür.

Beləliklə, artıq oktyabrın 18-dən toy və digər şadlıq mərasimlərini keçirmək mümkün olacaq.

QMİ əməkdaşı onu da bildirib ki, bu il Qurban bayramı iyulun 31-nə təsadüf edir.

BAKU.WS