SİZİN REKLAM BURADA!
055 213 76 73


Gədəbəy rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Parakənd kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobillə "VAZ 2106" markalı avtomobil toqquşub. Zərbənin təsirindən "VAZ" markalı avtomobil yoldan çıxaraq aşıb.

İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alanlar Gədəbəy Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyəti orta ağır qiymətləndirilir.

BAKU.WS
QALEREYA