SİZİN REKLAM BURADA!
055 213 76 73


İçərişəhərdə yerli sakinlər quyuya düşmüş pişiyi xilas ediblər.

BAKU.WS xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə paylaşılıb.

Dərinliyi 10 metrə qədər olan quyuya düşmüş pişiyi xilas etmək üçün yerli sakinlər səfərbər olublar.

Onlar Samir Zeynalov adlı bir nəfərin belinə uzun kəndir bağlayaraq quyunun içinə sallayıblar və heyvanı ordan çıxarıblar.

Sakinlərin bu təhlükəli, amma xeyirxah əməli kənardan baxanlar tərəfindən alqışlarla qarşılanıb.

BAKU.WS
VİDEO