VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkənin müştərilərinə ən yaxın bankçılıq xidməti göstərən bankı Bank of Baku-nun, məhz Bolkartlılara özəl olaraq start verdiyi kampaniya ilə bayram bayrama qarışacaq.

Ramazan Bayramı, Respublika Günü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkənin ilk taksit kartı ilə alış-veriş edənlər, həm sərfəli alış-verişdən zövq alacaq, həm də hədiyyələrlə sevinəcək.

Belə ki, 22 may – 1 iyun tarixlərində Bolkartın partnyorlarında alış-veriş edən Bolkart taksit kart sahibləri ödəniş müddətinə +2 ay HƏDİYYƏ qazanacaqlar. Yəni, müştərilər 3, 6, 9, 12 və ya 18 ay müddətinə aldıqları məhsulun xərcini daha uzun müddətə - 5, 8, 11, 14 və ya 20 aya hissə-hissə ödəyə biləcəklər.

Bolkart sahiblərinin bayram sevinci sadəcə bununla bitmir. Belə ki, kampaniya müddəti ərzində gözəllik salonu, geyim, market və restoranlarda ümumilikdə 300 AZN və daha çox alış-veriş edən,

  • Bolkart taksit kart sahibləri 20 AZN BAL;
  • Bolkart debet kart sahibləri isə 10 AZN BAL HƏDİYYƏ qazanacaq.

Məlumat üçün bildirək ki, 1 BAL=1 AZN dəyərindədir. Yəni, 20 AZN BAL qazanmış müştəri Bolkartın keçərli olduğu partnyor mağazalarda 20 manatlıq alış-veriş edə və ya Bank of Baku-nun DostBank mobil tətbiqi vasitəsilə kommunal və ya digər ödənişlərini həyata keçirə bilər.

Qeyd edək ki, qazandığı BAL-lara, cari və kart hesablarına nəzarət etmək istəyən müştərilər DostBank mobil tətbiqini həm Android, həm də iOS əməliyyat sistemindən yükləyə bilərlər.

Bolkart sahibi olmaq istəyən şəxslər Bank of Baku-nun filiallarına yaxınlaşa, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya və yaxud da Bolkart sifarişi bölməsindən - https://bit.ly/2ZpKnZ4  onlayn müraciət edə bilərlər.

Kampaniya haqqında daha ətraflı məlumatla bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bolkartın rəsmi veb səhifəsinə - www.bolkart.az  və ya rəsmi Facebook səhifəsinə - www.facebook.com/Bolkart/  daxil olaraq tanış olmaq olar.

Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bolkart.az 
www.facebook.com/Bolkart 

BAKU.WS