SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib.

BAKU.WS xəbər verir ki, təbrik məktubunda aşağıdakılar qeyd olunub:

“Cənab Prezident,

Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına həm şəxsən öz adımdan, həm də xalqımın adından səmimi təbriklərimi çatdırıram.

Milli bayramınız bu il xüsusilə çətin şəraitdə qeyd edilir. Ümid edirəm ki, koronavirus böhranının böyük çağırışlarının öhdəsindən birgə qlobal səylərimizlə gələ biləcəyik.

Biz son 28 ildə ikitərəfli münasibətlərimizin çox müsbət inkişafını müşahidə etdik. Ümid edirik ki, iqtisadi və sosial islahatlar kursu əməkdaşlığımız üçün növbəti perspektivlər açacaqdır. Mənim ölkəm bütün səviyyələrdə şəxsi söhbətlər və səfərlər vasitəsilə Azərbaycanla bu sıx münasibətlərin davam etdirilməsini və dərinləşdirilməsini həvəslə gözləyir.

Sizə və xalqınıza ilk növbədə cansağlığı, sülh və əmin-amanlıq arzulayıram”.

BAKU.WS