VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə 37 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.

BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, hadisə Koroğlu küçəsi 26 ünvanında baş verib.

1983-cü il təvəllüdlü şəhər sakini İsayeva Fərqanə Tahir qızı əri tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. İki uşaq anası olan qadın xəstəxanaya yerləşdirilib. Məlumata görə, qadına beş bıçaq zərbəsi vurulub.

Lakin həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, qadın xəstəxanada keçinib.

Faktla bağlı hazırda istintaq araşdırmaları aparılır.

BAKU.WS