SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməliyyat-taktiki təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürürlər.

BAKU.WS Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarə edilməsi məntəqəsinə göndərilməsi üzrə tapşırıqları icra edirlər.

Bu, artilleriyanın tətbiqinin nəticələrini müşahidə və lazımi düzəliş verməyə imkan verir.

Tapşırıqların icrası zamanı ərazinin optik və radioelektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulmuş PUA-lardan istifadə olunur.

BAKU.WS
VİDEO

QALEREYA