SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Azərbaycana koronavirusla mübarizə üçün tibbi və humanitar yardım şəklində təxminən 3,6 milyon ABŞ dolları ayırıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu, ABŞ Dövlət Departamentinin mayın 19-da yaydığı məlumatda göstərilib.

Qeyd olunub ki, ümumi məbləğdən 3 milyon ABŞ dolları tibbi yardım, laboratoriya sistemlərinin hazırlanması, xəstələnmə hallarının aşkarlanması və epidemik nəzarətinin intensivləşdirilməsi, texniki mütəxəssislərin vaxtında reaksiya verməsi və hazırlığı üçün dəstək, risklər barədə məlumatlandırmaya dəstək və s. üçün ayrılıb. Qalan 565 min ABŞ dolları isə pandemiya zamanı aztəminatlı əhaliyə humanitar yardım məqsədi daşıyır.

Daha əvvəl bildirilirdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) COVID-19 virusunun yayılması ilə mübarizə üçün Azərbaycana tibbi yardım şəklində 1,7 milyon ABŞ dolları ayırıb.

Son 20 ildə ABŞ Azərbaycana 890 milyon ABŞ dollarından çox, o cümlədən səhiyyə sahəsinə təqribən 41 milyon ABŞ dollarından çox sərmayə qoyub.

Ümumiyyətlə, koronavirusun yayılmasından bəri ABŞ hökuməti ümumilikdə dünyanın müxtəlif ölkələrinə, beynəlxalq və qeyri-hökumət təşkilatlarına təcili tibbi, humanitar və iqtisadi yardım məqsədi ilə 900 milyon ABŞ dollarından çox vəsait ayırıb.

BAKU.WS