SİZİN REKLAM BURADA!
055 213 76 73


Zaqatala hərbi prokuroru işdən çıxarılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Zaqatala hərbi prokuroru Mustafa Əsgərov tutduğu vəzifədən azad edilib.

Zaqatala hərbi prokuroru vəzifəsinin icrası Surxay Hüseynova həvalə olunub.

BAKU.WS