SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış klarnet ifaçısı, Əməkdar artist Hüseyn Məhəmmədoğlu çətin keçirdiyi uşaqlığından söz açıb.

BAKU.WS xəbər verir ki, musiqiçi ARB-nin "Hüseynova bacıları" verilişində pul qazanmaq məcburiyyətində qaldığı üçün dərslərə gedə bilmədiyini etiraf edib:

"1996-cı ildə atam dünyasını dəyişəndən sonra pul qazanmağa məcbur qaldım. Anam xəstə idi, ailəmi dolandırmalı idim. Mən dondurma, dönər satırdım. Buna görə dərslərə gedə bilmirdim".

Qeyd edək ki, H.Məhəmmədoğlu 35 yaşında tələbə adını qazanıb. O, hazırda Mədəniyyət və İncəsənət universitetində təhsil alır.

Aysel
BAKU.WS
VİDEO