SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə sabah küçəyə çıxmamaları üçün müraciət edib.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə may ayının 16-sı səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrdəki 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Qeyd edək ki, dezinfeksiya işləri Xocalı prospekti, 28 May küçəsi, Rəşid Behbudov küçəsi, Bülbül prospekti, Neftçilər prospekti, Mehdi Hüseyn küçəsi, Azərbaycan prospekti, İstiqlaliyyət küçəsi, Şeyx Şamil küçəsi, Hüseyn Cavid prospekti, Qara Qarayev prospekti, Məhəmməd Hadi küçəsi və digər küçələr istiqamətində, eyni zamanda, Ələt qəsəbəsi, Binəqədi rayonunda yerləşən küçələr, Sabunçu rayonunda yerləşən bütün küçə və qəsəbələrdə aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

BAKU.WS
QALEREYA