SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Krasnoqorsk şəhərində yaşlıların qaldığı sosial-tibbi müəssisədə yanğın baş verib.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, hadisə zamanı binada 29 nəfər olub.

Yanğın nəticəsində 9 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.

İlkin məlumata görə, yanğın buxar qazının partlaması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS