VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Beynəlxalq hüquqa zidd olan addımlar beynəlxalq təşkilatlara başucalığı gətirmir, bütövlükdə, müasir dünya düzənini şübhə altına qoyur. Beynəlxalq hüquq potensialı, imkanları nə qədər olursa-olsun bütün ölkələr üçün öncül məsələ olmalıdır”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyinin Baş direktoru Mixail Qusmana verdiyi eksklüziv müsahibəsində deyib.

“Əlbəttə, hər bir beynəlxalq təşkilatın nüfuzu verdiyi qərarları necə yerinə yetirməsindən xeyli dərəcədə asılıdır. Bu sahədə islahatlar aparmaq üçün görüləcək çox iş var. Hətta BMT Təhlükəsizlik Şurasının uzun illər bundan əvvəl verdiyi qərarlar yerinə yetirilmir. Azərbaycan bunu öz təcrübəsində görüb. Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxındır qəbul etdiyi qətnamələr yerinə yetirilmir və təcavüzkar tərəfə, bu qətnamələri pozan tərəfə qarşı heç bir sanksiya tətbiq edilməyib. Ona görə də cəza mexanizmi mütləq olmalıdır", - dövlət başçısı bildirib.

Prezident diqqətə çatdırıb ki, beynəlxalq təşkilat icrası icbari olan qərar çıxarırsa, bu qərar icra olunmalıdır: "Həmin qərarı pozan tərəfə dair isə müvafiq prosedur olmalıdır, bir neçə mərhələli də olsa mövcud olmalıdır. Amma yoxdur. Fikrimcə, beynəlxalq təşkilatlara etimadın müəyyən qədər azalması bu amillərlə xeyli dərəcədə bağlıdır”.

BAKU.WS