SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı sakinində narkotik aşkarlanıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, Binəqədi rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbə sakini, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Q.Ağababayevdən 10 kq 220 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS