SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda koronavirusa (COVİD-19) yoluxmuş ən yaşlı sakin sağalaraq evə buraxılıb.

BAKU.WS-in “Trend”ə istinadən verdiyi məlumata görə, həmin şəxs 1928-ci il təvəllüdlü Axundova Ağabəyim Şaban qızıdır.

Belə ki, aprel ayının ilk günlərində koronavirusa yoluxmuş Lənkəranın Boladı kəndində yaşayan Ağabəyim Axundovada ilk olaraq güclü öskürmələr başlayıb. Həkimə müraciət edəndə isə onun koronavirusa yoluxduğu müəyyən edilib.

Daha sonra o, virusa yoluxmuş şəxslərin müalicə olunduğu xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində 92 yaşlı qadın sağalaraq evə buraxılıb. Ağabəyim xanım buna görə həkimlərə təşəkkür edib:

"Arada öskürürdüm. Başa düşmürdüm ki, nədir. Həkimlər mənim nazımı çəkirdilər. Natiq adlı həkim idi, gəlib alnımdan öpürdü. Onlara təşəkkür edirəm. Mənə çox yaxşı baxırdılar. Hazırda heç bir şikayətim yoxdur. Yeyib-içirəm, rahat yatıram".

BAKU.WS
VİDEO