SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabunçu rayonu Balaxanı və Muxtarov qəsəbələrində rabitə naqillərini gizli olaraq oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini İlqar Səfərov tutulub.

O, ifadəsində törətdiyi cinayəti etiraf edərək qeyd edib ki, dəfələrlə qeyd edilən qəsəbələrin ərazisindən keçən rabitə naqillərini kəsib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

BAKU.WS
VİDEO