SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "TV8" telekanalında yayımlanan məşhur "Survivor" yarışmasının tamaşaçıları üçün gizli qalan sirrin üstü açılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Survivor" iştirakçılarına mükafat olaraq təqdim edilən və dünyaca məşhur simaya aid olduğu deyilən lüks villanın sahibinin adı məlum olub.

"Survivor" layihəsinin rəhbəri Acun Ilıcalının gizli saxladığı həqiqəti "Survivor Panorama" proqramının aparıcısı Hakan Hatipoğlu üzə çıxarıb. O bildirib ki, lüks malikanənin sahibi Cennifer Lopezin eks həyat yoldaşı olan məşhur müğənni Mark Entonidir.

Qeyd edək ki, çəkilişləri Dominikan Respublikasında davam edən "Survivor" yarışmasının iştirakçıları koronavirus səbəbilə kənara çıxa bilmirlər. İştirakçıların qazandığı mükafatlar arasında Mark Entoninin lüks villasında bir gün keçirmək də var.

BAKU.WS
QALEREYA