VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar-mart ayları ərzində “SOCAR Polymer” MMC 31,4 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövründən 33 faiz çoxdur.

“SOCAR Polymer” bu ilin ilk üç ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa başçılıq edib.

Xatırladaq ki, “SOCAR Polymer”ə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir.

BAKU.WS