VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yanmış vəziyyətdə meyiti tapılan şəxsin kimliyi hələlik məlum deyil.

BAKU.WS "report"a istinadən xəbər verir ki, martın 27-də Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsi və rayon prokurorluğuna Binəqədi rayon "DSK" yolu I mədən adlanan ərazidə üzərində yanıq xəsarətləri olan naməlum kişi meyiti aşkar edilməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə baxış keçirilib.

Meyitin yanında "Argo" markalı siqaretin kötüyü, qablaşdırılmış vəziyyətdə olan spirt və kibrit qablaşdırılaraq götürülüb.

İlkin araşdırmalarla həmin meyiti aşkar edilən şəxsin ətraf ərazilərdə butulka və dəmir yığmaqla məşğul olduğu müəyyən edilib.

Meyitin xarici müayinəsi zamanı yanmamış hissələrində hər hansı xəsarət izi aşkarlanmayıb.

Meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

BAKU.WS