VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Milli Məclisin aprel ayının 24-də baş tutan Plenar iclasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə 82 işçi qrupun rəhbərləri seçilib.

Bununla yanaşı, beynəlxalq parlament qurumlarında, təşkilatlarda fəaliyyət göstərəcək Azərbaycanın nümayəndə heyətlərinin formalaşması prosesləri gedir. Heyətlərin siyahısı yaxın günlərdə açıqlanacaq.

AŞPA-nın Daimi Komitəsinin pandemiyadan sonra 30 aprel tarixinə təyin edilmiş ilk onlayn iclasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi isə artıq məlumdur.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov - nümayəndə heyətinin rəhbəri, Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa, Asim Mollazadə daxildir.

Yeni tərkibin siyahısı AŞPA-ya göndərilib.

BAKU.WS