VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada yeni növ koronavirusdan ölənlərin sayı 22 245-ə çatıb. Belə ki, son 24 saat 389 nəfər virusdan ölüb.

BAKU.WS xəbər verir ki, ölkənin Baş Səhiyyə İdarəsinin yaydığı məlumata əsasən, xəstəxanalarda və tibbi-ictimai müəssisələrdə epidemiyanın başlanğıcından bəri 22 245 nəfər ölüb. 8,3 min ölüm faktı tibbi-ictimai müəssisələrdə, daha 13,8 min nəfər isə xəstəxanalarda qeydə alınıb.

Ölkədə son sutkada 1645 nəfər virusa yoluxub, yoluxanların ümumi sayı isə 159 828 nəfərə çatıb.

BAKU.WS