SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan koronavirusla mübarizənin öhdəsindən çox yaxşı gəlir”.

Bu sözləri AzTV-nin “Koronavirus İnfo” verilişinə canlı bağlantı zamanı Birləşmiş Krallığın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp deyib.

Bildirib ki, hökumət iqtisadiyyata və fərdlərə yardım məqsədilə kifayət qədər məntiqli tədbirlər paketi ilə çıxış edib.

Daha sonra səfir Birləşmiş Krallıqda koronavirusla mübarizə tədbirlərindən danışıb:

“Koronavirus infeksiyası Birləşmiş Krallıqda pik həddini keçib və azalmağa doğru gedir. İndi biz mövcud məhdudiyyətləri yüngülləşdirməklə bağlı məsələləri nəzərdən keçirməyə başlamışıq.

Həmçinin növbəti addımlarla bağlı müzakirələr aparılır. Bu, həmişə balanslaşdırılır. Bəli, biz virusun səbəb olduğu iqtisadi zərərləri də başa düşürük. Ona görə də infeksiyanın yayılma sürəti ilə iqtisadiyyata dəstəyi necə balanslaşdıra biləcəyimizi işləyib hazırlamalıyıq.

Digər tərəfdən, məhdudiyyətləri çox sürətlə aradan götürsək, o zaman infeksiyanın ikinci dalğası riski ilə üz-üzə qala bilərik. Bu baxımdan, məhdudiyyətlərin nə zaman aradan qaldırılması məsələsini alimlərin öhdəsinə buraxmağı məqsədəuyğun bilirik”.

Ceyms Şarp İngiltərə Baş naziri Boris Consonun koronavirusa yoluxması xəbərinin bütün ölkədə şok effekti yaratdığını bildirib.

BAKU.WS
VİDEO