SİZİN REKLAM BURADA!
055 213 76 73


Pandemiya dövründə insanları narahat edən bir problem də istifadə edilmiş maska və əlcəklərin digər tullantılara qarışdırılaraq atılması prosesidir. Birbaşa insan sağlamlığı ilə əlaqəli olan bu məsələ necə tənzimlənməlidir?
BAKU.WS xəbər verir ki, AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov İTV-yə müsahibəsində məsələnin həlli yolunu göstərib.

Alim təklif edir ki, insanların istifadə etdikləri əlcək və maskaları tullamaq üçün xüsusi qapalı zibil qutuları qoyulsun. İnsanlar istifadə etdikləri əlcək və maskaları selofana qoyub, ağzını bağladıqdan sonra bu qutulara atsınlar. Bu viruslu əlcək və maskalar xüsusi təhlükəli tullantı hesab olunduğunda digər tullantılardan ayrı utilizasiya edilsin.

"Bu mövzu elə əvvəldən, koronavirusa qarşı mübarizənin əvvəlindən diqqəti cəlb edən məsələdir. Mütəxəssislər də qeyd edirlər ki, bu virusun mənşəyi məlum deyil. Əgər mənşəyi məlum deyilsə, bu virusla mübarizə də xeyli çətindir.

O ki qaldı bu virusdan qorunmaq üçün istifadə edilən əlcək və maskalara, bu, böyük təhlükədir. Qapalı xəstəxanalarda istifadə edilənləri utilizasiya etmək nisbətən asandır. Amma küçələrdə yerə əlcək və maskalara rast gəlirik. Bu isə koronavirusdan sonrakı mərhələdə də böyük problem yarada bilər. Çünki onlarda virusun olma ehtimalı böyükdür. Buna görə də, indidən bu barədə düşünməliyik.

Təkcə Bakı şəhərində ancaq SMS icazəsilə hər gün 10 min nəfər bayıra çıxır. Bu, o deməkdir ki, on minlərlə adam maska və əlcəkdən istifadə edir. Gündə atılan on min əlcək və maska 1 ay ərzində böyük kütlə əmələ gətirir. Bəs bunlar hara tullanır? Bu viruslu əlcək və maskalar digər tullantılarla birlikdə utilizasiya edilərsə, virusun yayılmasına səbəb olar. 

Bu problem bir ekoloq alim kimi məni narahat edir. Bunun çıxış yolunu əlcək və maskalar üçün ayrı qapalı zibil yeşiklərinin qoyulmasını təklif irəli sürürəm. Axu bunlar xüsusi təhlükəli tullantılar sırasına daxildır. Belə davam etsək, pandemiya heç vaxt bitməyəcək", - M.Həsənov çıxış yolunu göstərib.

Aysel
BAKU.WS
VİDEO