VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Karabük bölgəsində koronavirusdan müalicə alan azərbaycanlı hakim İsa Məmmədov sağalıb.

BAKU.WS xəbər verir ki, həmyerlimiz COVİD 19 infeksiyasına qalib gəlib və xəstəxanadan evə buraxılıb.

İsa Məmmədov dad və qoxu hissini itirəndən sonra Karabük Təhsil və Araşdırma Xəstəxanasında koronavirus testi etdirmişdi.

Test nəticələri pozitiv çıxan hakim xəstəxanada 9 gün müalicə olunub. Xəstəxanadan evə buraxılan İsa Məmmədov 14 gün evdə özünü karantinə alacaq.

Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən tərbiyəsi və idman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır.

BAKU.WS