SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayının 37 mindən 90 minə çatdırılması üçün müvafiq işlər aparılır.

BAKU.WS xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə hazırda ödənişli işlərdə çalışan 37 min işçidən əlavə, daha 10 min şəxs haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, həssas qruplara sosial xidmətlərin göstərilməsi və s. kimi sahələri əhatə edir.

Yeni ödənişli ictimai iş yerlərinin yaradılması pandemiya ilə əlaqədar ölkədə əhalinin məşğulluq imkanlarının artırılmasına xidmət edir və proses gündəlik olaraq davam edəcək.

BAKU.WS