SİZİN REKLAM BURADA!
055 213 76 73


Son 24 saat ərzində İranda koronavirusdan ölənlərin sayı 92 olub.

BAKU.WS İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. 

Onun sözlərinə görə, ümumilikdə ölənlərin sayı 4 min 869 nəfərə, yoluxanların sayı isə 77 min 995 nəfərə çatıb. Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 55 min 229 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, koronavirusla bağlı qorxulu vəziyyət qonşu Türkiyədə də müşahidə olunur. Ölkədə COVID-2019 virusuna yoluxanların sayı 69 min nəfəri keçib. 

Digər qonşu ölkələrdən Rusiyada 27,938, Qazaxıstanda 1362, Ermənistanda 1159, Gürcüstanda isə 336 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

ÖLKƏLƏR YOLUXANLAR ÖLƏNLƏR SAĞALANLAR
Azərbaycan 1253 13 404
İran 77,995 4,869 55,229
Türkiyə 69,392 1518 5674
Rusiya 27,938 232 2304
Qazaxıstan 1362 17 273
Ermənistan 1159 18 358
Gürcüstan 336 3 74
BAKU.WS