VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin Uşaq Fondu (UNICEF) koronavirus pandemiyası səbəbindən 24 ölkədə qızılca peyvəndi kampaniyasını təxirə salmaq məcburiyyətində qalıb.

BAKU.WS xəbər verir ki, mövcud vəziyyət 117 milyondan çox uşağa təsir edib.

UNICEF açıqlayıb ki, azyaşlılara vurulan vacib peyvəndlər heç bir halda dayandırılmamalıdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 50 ildən çox müddət ərzində etibarlı və effektiv bir peyvənd olmasına baxmayaraq, son illərdə qızılca xəstəliyi artıb və əksəriyyəti azyaşlı və körpə olmaqla 140 mindən çox insan bu xəstəlikdən həlak olub.

BAKU.WS