VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün saat 23 radələrində Şəki rayonunun Kiş kənd sakini, 2004-cü il təvəllüdlü Azadə Azər qızı Hacınurullayeva zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, müayinə zamanı 16 yaşlı A.Hacınurullayevanın yaşadığı ünvanda dərmandan zəhərləndiyi məlum olub.

Həkim müdaxiləsindən sonra yeniyetmənin vəziyyəti stabilləşib, hazırda o, həkim nəzarətindədir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS