SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində Eyvaz Vəliyev və avtomobildə olan Xəqani adlı şəxs hadisə yerində keçinib.

Hadisə ilə bağlı araşdırma başlanılıb. İlkin məlumata görə qəza yüksək surət səbəbindən baş verib. Ölən şəxslərdən Eyvaz Vəliyevin rayonun Dəllər qəsəbəsi tam orta məktəbin direktoru olduğu deyilir.

BAKU.WS