SİZİN REKLAM BURADA!
055 213 76 73


 
1998-ci ilin dünya, 2000-ci ilin Avropa çempionu, 2006-cı il dünya çempionatının gümüş mükafatçısı, hazırda İtaliyanın "Yuventus” klubunun səfiri kimi fəaliyyət göstərən fransalı sabiq futbolçu David Trezeqe bu gün Bakıya gələcək.
 
BAKU.WS xəbər verir ki, "Report"un AFFA-ya istinadən verdiyi məlumata görə, ötənlərin məşhur futbolçusunun səfərinin məqsədi Azərbaycanda fəaliyyət göstərən "Yuventus” klubunun "I Gighiti Bianconeri” adlı rəsmi fan klubunun Bakıda AFFA-nın dəstəyi ilə təşkil etməyi planlaşdırdığı "Juventus camp”la bağlı mətbuat konfransında iştirak etməkdir. 

Fan klubun tədbiri martın 11-də Bakı Olimpiya Stadionunda keçiriləcək. D.Trezeqeni "Yuventus” klubunun rəsmi şəxsləri müşayiət edəcək.
Fransalı ulduzun martın 11-də "Hilton" otelində keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransında da qonaq qismində iştirakı nəzərdə tutulur.