SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya ölkələrində Harvard Universitetinin professoru Çarlz Liber (Charles Lieber) barədə geniş müzakirələr başlayıb. Sosial mediada minlərlə insan professor Liberin ABŞ-da istehsal olunan koronavirusu Çinə satmasını müzakirəyə çıxarıb. İddia olunur ki, Çarlz Liber COVİD-19 virusunun mənşəyi ilə bağlı məlumatlar müqabilində Çin laboratoriyasından pul almaq ittihamı ilə saxlanılıb. Lakin ABŞ-ın Ədliyyə Nazirliyi ittihamları rədd edib.

BAKU.WS xəbər verir ki, professor Çarlz Liber barəsində geniş müzakirələrə səbəb olan iddiaları "Reuters" agentliyi işıqlandırıb.

Bildirilir ki, Harvard Universitetinin professoru koronavirusu ABŞ-da istehsal edərək onu Çinə satıb və bu yolla Birləşmiş Ştatların sirlərini Çinlə bölüşüb.

İddialara əsasən, professor Liber virusu ABŞ-da hazırladıqdan sonra onu birbaşa Uhan Texniki Universitetinə göndərib.

Mövzu ilə bağlı daha bir iddiaya əsasən, Harvard Universitetində Kimya və Biologiya kafedrasının rəhbəri olan 60 yaşlı Dr. Çarlz Liber Çin təşkilatlarından yüz minlərlə dollar alaraq fəaliyyət göstərdiyi üçün saxlanılıb.

Məhkəmə sənədlərinə görə, Liberin Harvarddakı tədqiqat qrupu Milli Səhiyyə İnstitutundan və Müdafiə Nazirliyindən araşdırma üçün 15 milyon dollardan çox pul alıb. Lakin professor Liberin Uhan Texnologiya Universitetinə bağlılığı və Çin rəsmiləri ilə ölkəyə böyük elm adamlarını cəlb etmək üçün bağladığı müqavilə barədə ABŞ tərəfinə yalan məlumatlar verib.

Çin universiteti tərəfindən Çarlz Liberə ayda 50 min dollar maaş verilib və Uhan Universitetindəki nanosiologiya tədqiqat laboratoriyası qurmaq üçün ona 1.5 milyon dollar ödənilməsi razılaşdırılıb.

Yalan ifadələr verməkdə ittiham olunan professor Liberə casusluq və ticarət sirlərini satmaq maddəsi ilə cinayət işi açılıb. Harvarddakı kimya və biologiya kafedrasının rəhbəri olan Çarlz Liber vacib işini Uhandakı laboratoriyaya köçürüb və yeni növ koronavirusu Çinə satmaqda ittiham olunub.

"Reuters"in məlumatına görə, Liberin həbs olunmasını bir çox sosial media platformasında, xüsusən "Twitter" və "Facebook"da fərqli ölkələrin yüz minlərlə istifadəçisi paylaşıb.

BAKU.WS