SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirus pandemiyasının yayılmasını nəzərə alaraq, infeksiyaya qarşı genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi və sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə Ailə, Qadın və Uşaq problemləri dövlət komitəsi “Evdə qal” kampaniyası çərçivəsində fəaliyyətini davam etdirir.

BAKU.WS Real-a istinadla xəbər verir ki, əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alaraq komitə və komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələlərə dəstək Mərkəzlərinin təşəbbüsü ilə əhalinin tibbi maskalarla təmin edilməsi məqsədilə Mərkəzlərin könüllüləri və ictimai əsaslarla komitə əməkdaşları tərəfindən tibbi maskalar hazırlanıb.

Eyni zamanda “Evdə qal” aksiyası çərçivəsində Azərbaycanın bir çox rayonlarında Uşaq və Ailələrə dəstək mərkəzinin psixoloqları onlayn zəng vasitəsilə 67-si uşaq, 24-ü ahıl olmaqla 193 nəfərə psixoloji yardım göstərib.

BAKU.WS
VİDEO