VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanda koronavirus infeksiyası 100-dən çox tibb işçisində qeydə alınıb, onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

BAKU.WS xəbər verir ki, bu barədə "İnterfaks-Qazaxıstan" respublikanın baş sanitar həkimi Ayjan Esmaqambetova istinadən məlumat yayıb.

"Bu gün tibb işçiləri arasında cəmi 120 yoluxma qeydə alınıb. Onlardan 67-si koronavirus şübhəsi olan və ya artıq xəstələnən insanlara birbaşa tibbi yardım göstərən tibb işçiləridir", - deyə Esmaqambetova bildirib.

O, həkimlərdən birinin vəziyyətinin ağır olduğunu, doqquzun vəziyyətinin orta olduğunu, 57 nəfərin koronavirusa mülayim və ya asimptomatik olaraq yoluxduğunu açıqlayıb.

Qeyd edək ki, Azərbaycanda bu virus daşıyıcılarının ümumi sayı 602 nəfərdir. Koronavirusla bağlı ən qorxulu vəziyyət isə qonşu İranda müşahidə olunur. İranda COVID-2019 virusuna yoluxanların sayı 60 min nəfəri keçib. 

Digər qonşu ölkələrdən Türkiyədə 27 min 69, Rusiyada 6,343, Ermənistanda 833, Qazaxıstanda 604, Gürcüstanda 188 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

ÖLKƏLƏR YOLUXANLAR ÖLƏNLƏR SAĞALANLAR
Azərbaycan 602 7 32
İran 60,500 3,739 24,236
Türkiyə 27,069 574 1042
Rusiya 6,343 47 406
Ermənistan 833 8 62
Qazaxıstan 604 6 45
Gürcüstan 188 2 36
BAKU.WS